Bakı-Naxçıvan marşrutu üzrə gecikən təyyarələr yola düşdü - Yenilənib

baki-naxcivan-marsrutu-uzre-geciken-teyyareler-yola-dusdu
Oxunma sayı: 2940

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reys gecikir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.

“J2-251” və “J2-253” reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

***

Hava şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, hər iki təyyarə yola düşüb.