Bakı-Naxçıvan reysi ilə uçan təyyarə tufana görə geri qayıtdı

baki-naxcivan-reysi-ile-ucan-teyyare-tufana-gore-geri-qayitdi
Oxunma sayı: 2595

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar geri qayıtmaq qərarına gəlib.

AZAL-dan “Qafqazinfo”ya verilən məlumata görə, təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.