Bakı-Naxçıvan reysində yaranan problem gecə saatlarında aradan qaldırılıb. Bu barədə “Qafqazinfo”ya məlumatı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski verib.
O bildirib ki, təxirə salınmış reyslər gecə saat 1-dən başlayaraq bərpa olunub.
Qeyd edək ki, dünən Naxçıvanda kəskin hava şəraiti olduğu üçün bütün reyslər (4) təxirə salınmış, 600 nəfərə yaxın adam Heydər Əliyev adına aeroportda qalmışdı.
Son xəbərlər
Son Xəbərlər