Bakı - Nyu-York aviareysi ləğv olunub

baki-nyu-york-aviareysi-legv-olunub
Oxunma sayı: 2187

 "Azərbaycan Hava Yollarının" (AZAL) Bakı - Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında bildiriblər.

Bildirilib ki, təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.