“Bakı payızı” müsabiqəsi yenidən keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin rejissoru Sevinc Kərimova feysbukda bildirib.
Artıq yarışmaya qeydiyyat başlanılıb.
Qeyd edək ki, “Bakı payızı” müsabiqəsi ilk dəfə 1983-cü ildə keçirilib, lakin ən yaddaqalanı 1988-ci ildəki olub. Belə ki, həmin müsabiqənin qalibi Xalq artisti Aygün Kazımova olub. Yarışma sayəsində, həmçinin Zülfiyyə Xanbabayeva, Abbas Əhməd, Almaz Ələsgərova, Faiq Ağayev, İlqar Xəyal və Samir Bağırov məşhurlaşıblar.
2001-ci ildə də “Bakı payızı” keçirilib ki, onun da qalibi Xalq artisti Tünzalə Ağayeva olub.
Son xəbərlər
Son Xəbərlər