Bakı-Pirşağı-Sumqayıt qatarlarından istifadə edənlərin nəzərinə!

baki-pirsagi-sumqayit-qatarlarindan-istifade-edenlerin-nezerine
Oxunma sayı: 4594

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.

Bu barədə “Qafqazinfo”ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.