Bakı polisi İrlandiya mediasında yazılanlara - Cavab verdi

baki-polisi-irlandiya-mediasinda-yazilanlara
Oxunma sayı: 3790

“Dundalk” klubunun oyunçuları jurnalistlərlə Bakı bulvarında reportaj hazırlamaq istəyərkən 8-9 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq çəkilişin dayandırılmasını tələb edib. Bu barədə İrlandiya mətbuatında məlumat yayılıb.

Bakı şəhər BPİ mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki,bu məqalədən məlumatlıdırlar:

“Dundalk” oyunçuları Qarabağla qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” sərlövhəli məqalədə iddia olunan hallar tərəfimizdən  araşdırılır.  Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla,  paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur. Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir”.