Bakı polisindən koronavirusla bağlı açıqlama

baki-polisinden-koronavirusla-bagli-aciqlama
Oxunma sayı: 5304

Bakı Şəhər Baş Polis İdarəsi koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar haqda açıqlama verib.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumatlarla bağlı tam və hərtərəfli araşdırma aparılıb: “Qeyd edilənlər öz təsdiqini tapmayıb”. 

Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən hər hansı müraciət daxil olmayıb.