Bakı-Qazax magistralında ağır yol qəzası oldu

baki-qazax-magistralinda-agir-yol-qezasi-oldu
Oxunma sayı: 647

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, həmin ərazidə “VAZ 21015” və “QAZ 66” markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ 21015"-in sərnişinləri - Natiq Mustafayev (1965-ci il təvəllüdlü) və 35-40 yaşlı kişi hadisə yerində keçinib.

Avtomobilin sürücüsü Emil Hüseynov (1983) və sərnişini Tərlan Hümbətov (1973) ağır bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb. İdarədən bildirilib ki, ötən gün respublikanın avtomobil yollarında 26 yol qəzası qeydə alınıb. Qəzalarda 6 nəfər həlak olub, 28 nəfər xəsarət alıb.