Bakı-Qazax magistralında davada 2 nəfər bıçaqlandı

baki-qazax-magistralinda-davada-2-nefer-bicaqlandi
Oxunma sayı: 3004

Qaradağ rayonunda 2 nəfərin bıçaqlanması ilə nəticələnən insident olub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı-Qazax magistral yolunun 14-cü kimoletrliyində bir qrup şəxs arasında baş vermiş münaqişə zamanı 1968-ci il təvəllüdlü Əmrah Kərimov və 1988-ci il təvəllüdlü Orxan Kərimov bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən ağır xəsarət almış şəxslər xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalardan sonra həmin şəxslərin 1987-ci il təvəllüdlü Tariyel Vəliyev tərəfindən bıçaqlanması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza