Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində mikroavtobus qəzaya uğrayıb.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.
Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yapdım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər