Bakı-Qazax yolunda böyük tıxac - Video

baki-qazax-yolunda-boyuk-tixac
Oxunma sayı: 5455

Bakı-Qazax yolunda böyük tıxac yaranıb.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, hazırda ərazidə maşınların hərəkəti dayanıb.

BDYPİ-dən bildirilib ki, tıxacın yaranması Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyindəki uçqun təhlükəsi ilə bağlıdır:

"Hazırda sürücülər fasilələrlə buraxılır. BDYPİ-nin Ekoloji nəzarəıt Bölüyü və Yol Patrul Xidmətinin əməkdaşları ərazidədir. Yolda hərəkət tam məhdudlaşdırılmayıb".