Bakı-Qazax yolunda “Ford” aşdı - Foto

baki-qazax-yolunda-ford-asdi
Oxunma sayı: 2177

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Volkswagen" markalı maşın öndə gedən “Ford” markalı avtomobilə dəyib. Kəskin tormozlama nəticəsində “Ford” idarəetməni itirərək aşıb.

Baş Dövlət Yol Polisindən bildirilib ki, hadisə zamanı 1 nəfər xəsarət alıb və stasionar müalicəyə cəlb olunub. Digər sərnişinlər isə yüngül xəsarətlər aldıqları üçün ambulator müayinə aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.