Bakı-Qazax yolunda otla dolu yük avtomobili yandı - Video

baki-qazax-yolunda-otla-dolu-yuk-avtomobili-yandi
Oxunma sayı: 2190

Goranboyda otla dolu yük avtomobili yanıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib. Yük maşının qoşqusuna yığılan ot bağlamaları qəfil alışıb.

Hadisə yerinə FHN-nin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.

Hadisə zamanı Bakı-Qazax avtomagistralında tıxac yaranıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Elmar Əli