Bakı-Qazax yolunda piyada vuruldu

baki-qazax-yolunda-piyada-vuruldu
Oxunma sayı: 750

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Göygöl rayon sakini, 1975-ci il təvəllüdlü Mədətov Mahir idarə etdiyi "Chery" markalı avtomobillə hərəkətdə olarkən orta yaşlı piyadanı vuraraq öldürüb. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli