Bakı-Qazax yolunda “protiv” gedən sürücü cəzalandırıldı - Video

baki-qazax-yolunda-protiv-geden-surucu-cezalandirildi
Oxunma sayı: 1625

Yüksəksürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.

“Qafqazinfo” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan qayda pozuntusunu əks etdirən videogörüntü ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, videogörüntü Bakı-Qazax avtomobil yolunda çəkilib. Araşdırma zamanı “Nissan” markalı 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Ucar rayon sakini Qarakişi Kərimov olması müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

DYP-dən bildirilib ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb. Yol polisi sürücüləri bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırıb.