Bakı-Qazax yolunda qəza - Xəsarət alanlar var

baki-qazax-yolunda-qeza
Oxunma sayı: 1500

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində “Ford” markalı yük maşını "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisi Şəmkirdə, ikisi də Gəncədə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan üçünün adı məlumdur: Qocayev Anar Raqif oğlu (1974-cü il təvvəllüd), Qurbanov Niyazi Hörmət oğlu (1967-ci il təvəllüd), Rüstəmov Müşfiq (1973-cü il təvəllüd).

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli