Bakı-Qazax yolunda yük maşını aşdı

baki-qazax-yolunda-yuk-masini-asdi
Oxunma sayı: 1083


“Qafqazinfo” Kəpəz TV-yə istinadan məlumat verir ki, ölən və xəsarət alan olmasa da avtomobilin yük hissəsində olan taxta materiallar yola tökülüb. Bu səbəbdən də magistralda avtomobillərin hərəkətində problem yaranıb.

Hazırda yol polisi əməkdaşları hərəkəti bərpa etmək üçün tədbirlər görürlər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.