Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayonları ərazisindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib.
“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında əkilməsi həm ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xidmət edəcək, həm də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yemə olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək.
Magistral və kənd arası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər ekosistemin yaxşılaşdırılmasına xidmət göstərir.



Son xəbərlər
Son Xəbərlər