Bakı-Quba yolu bağlanır

baki-quba-yolu-baglanir
Oxunma sayı: 5659

Bir-neçə yolda hərəkət məhdudlaşdırılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Bildirilib ki, axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa Heydər Əliyev prospektində Hava limanı və əks istiqamət üzrə gündüz və gecə saatlarında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu üzdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.