Bakı-Quba yolunda ağır qəza - Ölənlər var

baki-quba-yolunda-agir-qeza
Oxunma sayı: 5682

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

"KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.

Digər yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.