Bakı-Quba yolunda böyük tıxac yarandı - Yenilənib + Rəsmi açıqlama

baki-quba-yolunda-boyuk-tixac-yarandi
Oxunma sayı: 9819

Bakı-Quba yolunda uzun tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Bildirilir ki, tıxac bir neçə saatdır davam edir.

***

Bakı-Quba yolunda nəqliyyat  sıxlığının  olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata əsasən, həftəsonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfər edib.

Bildirilib ki, ona görə bu gün axşam radələrində paytaxt istiqmatinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib:

"Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib".

***

Bakı-Quba yolunda hərəkət bərpa olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.