"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfər sərnişin aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:05-də başa çatıb.
***
Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində baş verən qəzada ölənlərin sayı artıb.
Ans press-in məlumatına görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 2004 - cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər