Bakı-Quba yolunda dəhşətli qəza - Üç nəfər öldü+Video

baki-quba-yolunda-dehsetli-qeza
Oxunma sayı: 9750

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, “Vaz 2106” və “Vaz 2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər həlak olub.

Bunlar 1986-cı il təvəllüdlü Məmmədov Aydın Əlif oğlu, 1957-ci il təvəllüdlü Səlimov Nadim Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızıdır. Qəza nəticəsində həlak olan hər iki kişi avtomobillərin sürücüləri olub.

Emin Səfərov