“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 51-ci km-də qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abdullayev Emin Ceyhun oğlu idarə etdiyi “10 OM 771” dövlət nömrə nişanlı avtomaşınla Quba istiqamətində hərəkətdə olarkən maşını aşırıb. Qəza nəticəsində sürücünün anası, 1972-ci il təvəllüdlü Abdullayev Sevinc Məmmədqulu qızı və sürücünün qardaşının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abdullayeva Nişanə Zakir qızı dünyasını dəyişib.
Hadisə zamanı sürücü və onun qardaşı 1991-cü il təvəllüdlü Hümbbət Abdullayevdə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər