Bakı-Quba yolunda maşın körpüdən çaya uçdu

Bakı-Quba yolunda maşın körpüdən çaya uçdu
Oxunma sayı: 645

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Qafqazinfo" APA-ya istinadfən xəbər verir ki, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. “VAZ 2107” avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri - 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.
 
Fakt araşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi