Bakı-Quba yolunun 110-cu kilometrliyində ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Quba yolunun 110-cu kilometrliyində, Siyəzən rayonu ərazisində “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək aşması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:55-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər