Bakı-Quba yolunda qəza, yaralı var - Foto

baki-quba-yolunda-qeza-yarali-var
Oxunma sayı: 5979

Bakı-Quba yolunda maşın ağaca çırpılıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Quba yolunun 155-ci kilometrliyinin Pirvahid kənd ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı Vaz2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü - Quba rayon Paşaoba kənd sakini Adim Vəliyev ağır bədən xəsarətləri alıb. Yaralını Quba Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu