Bakı-Quba yolunda yük maşınları toqquşdu - Xəsarət alan var

baki-quba-yolunda-yuk-masinlari-toqqusdu
Oxunma sayı: 3415

Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var.

Bu barədə “Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb:

"Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb".

Faktla bağlı araşdırma aparılır.