Bakı-Quba yolundan istifadə edənlərin diqqətinə

baki-quba-yolundan-istifade-edenlerin-diqqetine
Oxunma sayı: 2508

Bu gün və sabah Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ərazidə aparılan yenidənqurma işləri çərçivəsində yolun dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətləri dəyişdiriləcək.

“Bununla əlaqədar olaraq sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən səhər saat 5-ə qədər avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.