“Bakı Saakaşvilini təhvil verə bilməz”

baki-saakasvilini-tehvil-vere-bilmez
Oxunma sayı: 1402


“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb. Millət vəkilinin sözlərinə görə, hüquqi baxımdan bu tələbin əsaslandırılması mümkündür: “Çünki İnterpol xətti ilə axtarışa verilmiş şəxsləri bu quruma daxil olan dövlətlər bir-birinə təhvil verməyə borcludurlar. Əvəzində isə Azərbaycan prezidenti İlham Əliyev Bakıdakı Foruma qatılmış Saakaşvilini qəbul edib, onunla bağlı qapılar arxasında müzakirə aparır. Gürcüstan tərəfi də dəqiq anlayır ki, Bakı Saakaşvilini təhvil verməz və verə bilməz. 

Dünyada hüquq onsuz da siyasətin bir bölümünə çevrilib və son "erməni soyqırımı" adlanan yalançı iddiaları dəstəkləyən Avropa İttifaqı da bunu addımbaşı nümayiş etdirməyə çalışır. Məncə, ölkə prezidenti bu jestlə dostuq bağlarının formal hüquqdan bəzən üstün ola biləcəyini göstərmək istədi. Yəni qonağı düşməninə təhvil verməyi bir Qafqazlıdan tələb etmək qədər absurd bir addım çətin ki, olsun”.