Bakı-Sabunçu-Bakı qatarı 3 gün işləməyəcək

baki-sabuncu-baki-qatari-3-gun-islemeyecek
Oxunma sayı: 1574

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları 30 mayda hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək.

“Qafqazinfo” xəbər verir ki, təmirlə əlaqədar olaraq 31 may, 1-2 iyun tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır.

Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.