Bakı-Sabunçu qatarında gedişhaqqı belə ödəniləcək

baki-sabuncu-qatarinda-gedishaqqi-bele-odenilecek
Oxunma sayı: 1985

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 3-dən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.

Plastik kartlar Bakı-sərnişin stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər. 

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.