Bakı sakini qaçırdığı “Mercedes”lə xəstəxanalıq oldu

baki-sakini-qacirdigi-mercedesle-xestexanaliq-oldu
Oxunma sayı: 664

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Belə ki, “Şamaxinka” adlandırılan ərazidə naməlum şəxs Bakı şəhər sakini Mübariz Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşına sərnişin qisimində oturub Şabran rayonuna gedəcəyini bildirib. Şabran rayonunun Ağalıq kəndinin meşə zolağında sürücünün düşməsindən istifadə edən həmin şəxs avtomaşını qaçırıb və Gəndob-Yalama yolunun 12-ci km-də idarə edərkən onu yolun kənarındakı ağaca vurub. O, xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Aparılmış araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Elçin Bağırov olduğu müəyyən edilib.

Faktla bağlı DİN Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.