Bakı sakini qəbiristanlıqda yıxılıb öldü

baki-sakini-qebiristanliqda-yixilib-oldu
Oxunma sayı: 1761

Bakıda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə mayın 27-də Yasamal rayonunun A.Şərifzadə küçəsindəki qəbirstanlıqda qeydə alınıb.

Bakı şəhər sakini Cəmaləddin Muxtarov yıxılaraq kəllə-beyin xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən C.Muxtarov orada ölüb.

Araşdırma aparılır.

Murad Əhməd