Bakı sakini Türkiyə vətəndaşının telefonunu oğurladı

baki-sakini-turkiye-vetendasinin-telefonunu-ogurladi
Oxunma sayı: 720

Bakıda Türkiyə vətəndaşının telefonunu oğurlayan şəxs saxlanılıb.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 17-də Səbail rayonunda Türkiyə vətəndaşı Serhat Polada məxsus mobil telefon oğurlanıb.

Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elnur Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.