Bakı sakinindən 6 kq narkotik götürülüb

baki-sakininden-6-kq-narkotik-goturulub
Oxunma sayı: 1228

Bakı sakini narkotiklə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində  Səbail rayonunun ərazisində Bakı şəhər sakini P.Quliyevdən 6 kiloqram 24 qram heroin aşkar edilərək götürülüb.