Bakı sakininə qarşı 180 minlik dələduzluq

baki-sakinine-qarsi-180-minlik-deleduzluq
Oxunma sayı: 1159

Bakıda daha bir şəxsə qarşı dələduzluq edilib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, Bakı şəhər sakini, 42 yaşlı Şahbaz Mikayılov ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ilin dekabr ayında qohumları - 1971-ci il təvəllüdlü Daşqın Məmmədov və Füzuli rayon sakini, 1964-cü il təvəllüdlü Süleyman Zeynalovun onu aldadaraq 180 min ABŞ dolları pulunu aldığını bildirib.

Şikayətçi ərizəsində qeyd edib ki, həmin şəxslər aldıqları pulu indiyədək geri qaytarmayıblar.

Faktla bağlı araşdırma aparılır.