Bakı sakinini bıçaqlayan qadın yaxalandı

baki-sakinini-bicaqlayan-qadin-yaxalandi-
Oxunma sayı: 646

Martın 30-da Bakı şəhər sakini Seymur Hüseynov Q.Qarayev prospektində qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 2 saylı xəstəxanaya yerləşdirilib. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Ağsu rayon sakini Ramilə Mövlamzadə martın 31-də yaxalanıb.

Martın 31-də Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində Nemət Qafarova məxsus mağazadan diqqəti yayındırmaqla geyim əşyaları oğurlayan Bərdə rayon sakinləri İlhamə Bilalova, Pəri Şıxəliyeva, bacısı Pərvanə və qardaşı Alim Qaradağ RPİ PPXB əməkdaşları tərəfindən yaxalanıblar.

Martın 20-də Ələt qəsəbəsi Nizami küçəsində yerləşən, Mənsur Orucova məxsus mağazdan açarseçmə yolu ilə 2 ədəd mobil telefon və musiqi pleyri oğurlanayıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ruslan Dadaşov martın 22-də yaxalanıb, onun ətrafında aparılan araşdırmalar nəticəsində Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı binanın bünövrəsində torpağa basdıraraq gizlətmiş 6 ədəd güllə, 1 ədəd Mauzer tipli, 1 ədəd qaz və 1 ədəd idman tapançası aşkar edilib.


Yanvarın 8-də Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində Bakı şəhər sakini Yusif Mirzəyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil yanvarın 11-də Binəqədi qəsəbəsi I Mədən ərazisində saz vəziyyətdə tapılıb. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Sərvan Muradov və Namiq Niftullayev aprelin 1-də yaxalanıb.

Martın 31-də Bakı şəhər sakini Asəf Muradov Xətai RPİ 34-cü PB-yə ərizə ilə müraciət edərək bildirib ki, martın 30-u saat 09 radələrində “Mersedes” markalı avtomobilini təmir etdirmək üçün M.Rüstəmov küçəsində yerləşən avtoservisdə işləyən Murad adlı şəxsə verib və sonuncu avtomobili qaçırıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobil həmin gün Qafqaz küçəsində nömrəsiz və əzilmiş vəziyyətdə tapılıb. Avtomobili qaçıran Bakı şəhər sakini Murad Quliyev aprelin 1-də yaxalanıb və müəyyən edilib ki, o, Sabunçu RPİ tərəfindən AR CM-nin 170 və 177-ci maddəsi ilə axtarışdadır.