Bakı sakinini qətlə yetirənlər tutuldu

baki-sakinini-qetle-yetirenler-tutuldu
Oxunma sayı: 658

Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ Cinayət-Axtarış Şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 14-də, Atatürk prospektində Bağır İbrahimovu qətlə yetirənlər, Bakı şəhər sakini Vüsal Ələkbərov və Şirvan şəhər sakini Orxan Əhmədov tutulublar.

Martın 15-i saat 09:15 radələrində Ayaz adlı şəxs AZNS qəsəbə ərazisində Rövşən Tağıyevi bıçaqla hədələyərək pul tələb etmiş və ona məxsus “VAZ 2106” markalı avtomobilə əyləşərək sürüb gedib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ayaz Səfərov elə həmin Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən tutulub və avtomobil saz vəziyyətdə tapılaraq sahibinə qaytarılıb.

Martın 15-i saat 22:30 radələrində Xocahəsən-Lökbatan yolunun 2-ci km-də Ağacan Quliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Rəhilə Kərimovanı vurub, nəticədə piyada hadisə yerində ölüb.

Martın 15-i saat 19:45 radələrində Bakı Dairəvi yolda Namiq Abışov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Vəsilə Əliyevanı vurub, nəticədə piyada hadisə yerində ölüb.

Bakı şəhər BPİ Təhqiqat Şöbəsi və Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Haqverdiyevin Yasamal rayonu İ.Şərifli küçəsində kompyuter avadanlıqları quraşdırmaqla kazino-qumar oyunları təşkil etməsini aşkar ediblər.

Nizami RPİ PPXB-nin əməkdaşları Bakı şəhər sakinləri Vüqar Müsayibovu və Namiq Məmmədovu şübhəli şəxs qismində idarəyə gətirilib, müəyyən olunub ki, onlar martın 15-i saat 12 radələrində Suraxanı qəsəbəsi Kirov küçəsində Lətifə Məmmədovanın evindən pəncərənin dəmir barmaqlıqları sındırma yolu ilə 100 manat və qızıl-zinət əşyaları oğurlanıblar.

Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan İlkin Dadaşov tutulub.