Bakı sakininin evindən qumbara və tüfəng götürülüb

baki-sakininin-evinden-qumbara-ve-tufeng-goturulub
Oxunma sayı: 640

Martın 11-i saat 02 radələrində, M.Abbasov küçəsində Cahid Mustafayevin idarə etdiyi “Mersedes” markalı avtomobil Sənan Axundovun idarə etdiyi “İsuzu” markalı yük maşını ilə toqquşub. Nəticədə C.Mustafayev hadisə yerində ölüb.

Martın 10-u saat 06:30 radələrində, Ramana qəsəbəsində Bakı şəhər sakini Sərvan Allahverdiyev idarə etdiyi “Daewoo” markalı avtobusla Beyləqan rayon sakini Telli Bayramovanı vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN ÇPA, Yasamal RPİ NMB və CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Bünyadzadə küçəsində yaşayan İlham Abbasovun evindən 522 ədəd avtomat patronu, 3 ədəd ov bıçağı, 1 ədəd alışqanı ilə birlikdə “F-1” əl qumbarası və qundağı kəsilmiş “Karabin” markalı tüfəng aşkar edilərək götürülüb.

Binəqədi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Qorxmaz Ziyadovdan 10 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilib.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Vəfa Abdulxalıqova martın 10-da tutulub.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rahim Əliyev martın 10-da tutulub.

Xətai RPİ CAŞ və 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Rüzgar Ələkbərov martın 10-da tutulub.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Babayevdən 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilib.