Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan ərazidə qeydiyyatda olan və hal hazırda Abşeron rayonu Saray qəsəbəsində yaşayan 1978-ci il təvəllüdlü Babayev Rafael Boyukağa oğlu saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, polis əməkdaşları Rafael Babayevin 3 aydır Saray qəsəbəsində yeni aldığı mənzilinə baxış keçirib və oradan ümumi çəkisi 7 kq narkotik maddə olan tiryək aşkar edərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.
Emin Kərimov

Son xəbərlər
Son Xəbərlər