Bakı-Qazax avtomobil yolunun Ucar rayon ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetməni itirməsi səbəbindən avtomobili aşırdıb. Nəticədə, Lökbatan qəsəbə sakinləri 1981-ci il təvəllüdlü İbrahimov Anar Firudin oğlu və Məsməliyeva Bəsti Qəmbər qızı, Masazır qəsəbə sakini, 1960-cı il təvəllüdlü Verdiyeva Sadəqət Qəmbər qızı və 1948-ci il təvəllüdlü Gədəbəy rayon sakini İbrahimova Həqiqət Qəmbər qızı yaralanıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu


Son xəbərlər
Son Xəbərlər