Bakı sakinləri yarışacaq

baki-sakinleri-yarisacaq
Oxunma sayı: 768


“Qafqazinfo”nun xəbərinə görə, yarışın əsas məqsədi Azərbaycan gəncliyi arasında sağlam həyat tərzini təşviq etməkdir.

Qaçış yarışı 1000 metr məsafədə baş tutacaq və 3 yaş qrupu (14 – 17, 17 – 20, 20 və yuxarı) üzrə keçiriləcək.

Qaliblər üçün simvolik mükafatlar – I, II və III yerlər üçün müvafiq olaraq 150, 100 və 50 manat nəzərdə tutulub.

Tədbirdə məşhur DJ Pançonun musiqisi səslənəcək.

Yarışın rəsmi tərəfdaşları “ASAN xidmət”, Azərbaycan Respublikası Peyntbol və Atletika federasiyalarıdır.

İştirakçıların qeydiyyatı iyunun 14-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda müvafiq köşkdə həyata keçiriləcək.

Qaçış yarışında iştirak etmək istəyənlər [email protected] elektron poçtuna və ya 012 505 14 14 nömrəli telefonla iyunun 13-də saat 18:00-dək təşkilat komitəsinə məlumat verməlidirlər. Məlumatda iştirakçının adı, soyadı, atasının adı, təvəllüdü, telefon nömrəsi və elektron poçtu qeyd edilməlidir.

İştirakçılar qeydiyyat günündə şəxsiyyət vəsiqələri ilə müraciət etməlidirlər.

Yarışa hər yaş qrupu arasında 10 dəqiqə vaxt intervalı ilə start veriləcək.

Qaçış yarışmasında iştirak edəcək şəxslərin özləri ilə idman ləvazimatları (forması, şort, idman şalvarı, mayka, idman ayaqqabısı) götürmələri zəruridir.