Bakı-Şamaxı-Yevlax magistralı çökdü - Video

baki-samaxi-yevlax-magistrali-cokdu
Oxunma sayı: 2629

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.

"Qafqazinfo" ARB TV-yə istinadən xəbər verir ki, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.
 
Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.