“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, qəza zamanı bir-birinə əks istiqamətlə hərəkət edən ”Toyota” və xanım sürücünün sükanı arxasında əyləşdiyi “Ford” markalı avtomaşın toqquşub. Qəza zamanı ”Ford”un sürücüsü 1973-cü il təvəllüdlü Aidə Nəbiyeva, 1996-ci il təvəllüdlü Gülnar Nəbiyeva, 15 yaşlı Gülşən Süleymanova və 8 yaşlı Nigar Nəbiyeva ağır vəziyyətdə paytaxtda yerləşən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılara tibbi yardım göstərilib və müalicələrini davam etdirirlər.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparıblar. İlkin məlumata görə, qəza avtomaşın sürət həddini aşması və bir-birilərinin yoluna çıxması səbəbindən baş verib. Daha dəqiq səbəblər və günahkar sürücünün kimliyi araşdırmalardan sonra məlum olacaq.