Bakı-Şamaxı yolunda maşın aşdı

baki-samaxi-yolunda-masin-asdi
Oxunma sayı: 2239

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, hadisə bu gün günorta saatlarında yaşanıb. Yüksək sürətlə hərəkət edən minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılaraq aşıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Araşdırma aparılır.