Bakı Şəhər Təhsil İdarəsindən cavab

baki-seher-tehsil-idaresinden-cavab
Oxunma sayı: 1282

Bakı Şəhər Təhsil İdarəsi 16 nömrəli Texniki-Humanitar Liseydə dərs şəraiti, bir neçə fənn üzrə müəllimlərin olmaması ilə bağlı valdieynlərin narazılığına münasibət bildirib.

İdarədən “Qafqazinfo”ya bildirilib ki, tədris digər dildə aparılan bölmə üzrə vakant olan kimya, fizika və informatika fənləri üzrə dərs saatları müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində elektron sistemə daxil edilməsinə baxmayaraq həmin yerlər tutulmayıb.

"Buna baxmayaraq kadr ehtiyacının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb, liseydə tədris digər dildə aparılan bölmə üzrə fizika və kimya fənnindən dərs saatlarının əvəzçilik qaydasında tədrisi üçün digər məktəblərdən müəllimlər cəlb olunub, informatika fənnini isə məktəbin riyaziyyat müəllimi əvəzçilik qaydasında tədris edir.

Hər hansı digər məqamlarla bağlı valideynləri narahat edən məsələlər də olarsa, müraciətlər əsasında araşdırılıb aydınlıq gətiriləcəkdir".