Bakı Şopinq Festivalının açılışından - Fotolar

baki-sopinq-festivalinin-acilisindan
Oxunma sayı: 725

Heydər Əliyev Sarayında Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb. Nazir deyib ki, festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialını əks etdirən festival ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olub.

Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalacaq. Həm ziyarət, həm ticarət ənənəsində yenilik olacaq 

Gecədə Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı və “Koroğlu” bir pərdəli milli baletinin premyerası böyük maraqla qarşılanıb.