“Bakı” “Styaua” ilə qarşılaşacaq

baki-styaua-ile-qarsilasacaq
Oxunma sayı: 940


“Qafqazinfo”nun Apasport.az saytına istinadən  məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi Rumıniyanın “Styaua” klubu ilə üz-üzə gələcək.

Vaxtilə Çempionlar kubokunu və UEFA Superkubokunu başı üzərinə qaldıran Buxarest təmsilçisi ilə qarşılaşma yanvarın 20-də keçiriləcək. Marbelya stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, 24 qat Rumıniya çempionu ötən qış digər təmsilçimiz “Qəbələ” ilə qarşılaşmışdı. Həmin matçda qəbələlilər Dodonun vurduğu qolla qalib gəlmişdi – 1:0.